İran Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını həzm edə bilmir? – BAXIŞ BUCAĞI

2024/04/1713863308.jpg
Oxunub: 548     17:36     23 Aprel 2024    
Aprelin 18-də Moskva Rusiya qoşunlarının Qarabağdan çıxarılmasını təsdiqləyib. Təbii ki, bu qərarı Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin inkişafının yeni, təmiz səhifədən başlamasına görə verib.

Hazırda Rusiya üçün alternativ dəhlizlərin formalaşdırılması, digər ölkə ərazisində qoşun saxlamaqdan daha faydalıdır. Qəbul edilmiş qərarlarda bunun nəzərə alınmamasını təsəvvür etmək sadəlövhlük olardı. Şimal-Cənub nəqliyyat dəhlizi ilə ciddi danışıqlar gedir və bu prosesdə Azərbaycanın iştirakı açar əhəmiyyətlidir. Habelə məlumata görə, Rusiya tərəfinin İrana bir milyard yarım dollara yaxın kredit ayırmasına baxmayaraq, 162 km uzunluğunda olan Rəşt-Astara hissəsinin tikintisinin başlaması məsələsində Tehran “tələsmir”.

Bəs İran hansı inkişafları nəzərdən keçirir? Mətbuatda ötən gecə İsrailin İran Hərbi Hava Qüvvələrinin İsfahan yaxınlığındakı bazasına hücum etdiyi barədə məlumatlar yer alıb. “Tasnim” agentliyinin məlumatına görə, İranın hava hücumundan müdafiə qüvvələri üç pilotsuz uçuş aparatını məhv edib. Qərb mənbələri hərbi bazaya ciddi ziyan dəydiyini bildirir. Bu, İsrailin cavabıdır?

ABŞ Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dözümsüzlüyünü davam etdirir, yoxsa Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması Vaşinqtonun bu məsələdə təzyiqi azaltması üçün kifayət edir? Bəs Mərkəzi Asiya ölkələrinin kommunikasiya infrastrukturunu modernləşdirməsi üçün on milyard avro güzəştli kredit verən Avropa İttifaqı? Söhbət Orta Dəhlizdən gedir, bu dəhlizin də açar nöqtəsi Azərbaycandır. Habelə Türkmənistan qazının İran və Türkiyə ərazisi ilə Aİ ölkələrinə çatdırılması layihəsi müzakirə edilir.

İran Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına əks-çəki olaraq Avropa İttifaqı ilə bənzər razılaşmalara və ya Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin cənub qanadının işə salınması ilə bağlı razılaşmalara gələ bilərmi? Rusiya İranın müttəfiqi kimi Qarabağdan hərbi kontingentin çıxarılması barədə Tehrana əvvəlcədən məlumat veribmi?

İran Rusiyanın təmiz səhifədən münasibətləri inkişaf etdirmək perspektivini necə qəbul edəcək? Bu vəziyyət digər aktorlara – ABŞ, Avropa İttifaqı və Çinə necə təqdim ediləcək? Bu vəziyyətin geosiyasi “qaralaması” varmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin