Fransa Qafanda gecikir| Qafan hava limanı ətrafında təxribat

2024/04/36333-1713862711.jpg
Oxunub: 433     18:40     23 Aprel 2024    
Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokföy İrəvana səfəri çərçivəsində Ermənistan Baş naziri Paşinyan və digər rəsmi şəxslərlə görüşüb, həm ikitərəfli, həm də regional məsələləri müzakirə edib.

Bu məsələlər arasında arasında Fransanın Qafanda baş konsulluğunun açılması məsələsi də olubmu? Fransa bu barədə ötən il, Ketrin Kolonna nazir olanda və Ermənistana səfər edəndə bildirib. Bu bir il əvvəl idi. Fransanın ozamankı xarici işlər naziri ölkəsinin niyyətini açıqladı. Bir il keçsə də, Fransanın Qafanda baş konsulluğu hələ də yoxdur.

Bu yaxınlarda Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Zəngəzura səfər edib, vilayətdə bir sıra görüşlər keçirib, həmçinin Qafan hava limanını ziyarət edib və orada şəkil çəkdirib. Xatırladaq ki, Qafan hava limanı sərhəddən onlarla metr məsafədə yerləşir. Təxribatçı fransız səfir qeyd yazmağı da unutmayıb: “Qafan hava limanı Ermənistanın suveren ərazisidir”.

Təbii ki, bu, vilayətə səfərə müəmmalı məna vermək üçün informasiya-təbliğat aktı idi. Fransa səfiri Ermənistanın artıq həftələr öncə səsləndirdiyi niyyət çərçivəsində Qafan hava limanında qəsdən şəkil çəkdirib. Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan deyib ki, Qafan hava limanını beynəlxalq hava limanı etmək planları var. Fransa bunlarda iştirak edəcəkmi?

Bəs Zəngəzura növbəti səfərindən əvvəl “strateji əhəmiyyətli və həssas vilayət olan Zəngəzur”a getməyə hazırlaşdığını qeyd etməyən səfir Dekotini orada Fransanın baş konsulluğunun açılması məsələsini müzakirə edibmi? Bu hansı mərhələdədir? Niyyətin açıqlanmasından bir il sonra Fransa niyə gecikir?

Xatırladaq ki, İran Zəngəzurda baş konsulluq açıb. Tehran rəsmiləri həmçinin bildiriblər ki, Zəngəzur əhalisi İranın Qafanda konsulluğunun olması ilə özünü daha təhlükəsiz hiss edir. Ötən ilin oktyabrında Rusiya Qafanda baş konsulluq açmaq niyyətində olduğunu bəyan edib.

Bir neçə həftə əvvəl Rusiya Soçi və Qafanın qardaş şəhərlər olacağını da açıqlayıb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Qafan   Zəngəzur   Təxribat  


Bizi "telegram"da izləyin