Rusiya TOS-1A “Solntsepek” YARS-larının istehsalını 250% artırıb

2024/04/2024--1713861207.jpg
Oxunub: 239     20:32     23 Aprel 2024    
Rusiya TOS-1A “Solntsepek” Yaylım Atəşli Reaktiv Sistemlərinin (YARS) istehsalını 250% artırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Rusiyanın döyüş vasitələri istehsalçısı “Uralvagonzavod” Rusiya müdafiə naziri Sergey Şoyqunun 2024-cü il aprelin 19-da zavoda etdiyi səfərin yeni görüntülərini yayımlayıb.

Məlumata görə, bu səfər zamanı TOS-1A “Solntsepek” YARS-larının istehsalının 250% artırıldığı bildirilib.

Müharibənin əvvəlindən sahədə aktiv şəkildə tətbiq edilən TOS-1A dağıdıcı atəş gücü ilə Rusiyanın artilleriya arsenalının əsas komponentini təşkil edir.

Bu çərçivədə təxminən 50 ədəd TOS-1A və TOS-2 hazırda istifadədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   TOS-1A   Solntsepek   YARS  


Bizi "telegram"da izləyin