Milli Dəniz Topu TCG “Akhisar”a quraşdırılaraq, liman və dəniz sınaqlarına hazır hala gətirilib

2024/04/2024--1713861140.jpg
Oxunub: 124     18:31     23 Aprel 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin dizayn və performans məsuliyyəti altında Gəmiqayırma Zavodları Ümumi Müdirliyi nəzdində “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı və MKE AŞ ilə birlikdə hazırlanan ilk 76/62 mm-lik Milli Dəniz Topu TCG “Akhisar”a (P-1220) quraşdırılaraq, liman və dəniz sınaqlarına hazır hala gətirilib.

Ordu.az xəbər verir ki, dəniz platformalarının vurucu gücünü təşkil edən 76/62 mm-lik Milli Dəniz Topunun yerliləşdirilməsinə son illərdə “Makine ve Kimya Endüstrisi AŞ” tərəfindən start verilib.

“Ar-Ge” işləri 12 ay kimi qısa müddətdə tamamlandıqdan sonra prototip istehsalı həyata keçirilən və 17.000 hissədən ibarət Milli Dəniz Topu quru atışları, liman və naviqasiya qəbulu sınaqlarını müvəffəqiyyətlə tamamlayıb.

Milli Dəniz Topu Türkiyənin dənizdəki hüquq və mənafelərini effektiv şəkildə qorumaq üçün həyata keçirilən Dəniz Patrul Gəmisi Layihəsi çərçivəsində hazırlanmış 2 gəmidə istifadə ediləcək.

Ağır silahlı patrul gəmiləri kəşfiyyat-müşahidə və aşkarlama, axtarış-xilasetmə, terrorla mübarizə, dəniz müşahidə əməliyyatları və dəniz xüsusi əməliyyatları kimi əsas vəzifələri yerinə yetirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Dəniz-Topu   TCG   Akhisar  


Bizi "telegram"da izləyin