Çadın “Aksungur” zərbə PUA-sı ilk dəfə görüntülənib

2024/04/Cad-A-1713860810.jpg
Oxunub: 170     16:54     23 Aprel 2024    
Afrika ölkəsi Çad artan sürətlə Türkiyədən müdafiə sənayesi tədarükünü davam etdirir.

Ordu.az xəbər verir ki, bu yaxınlarda TUSAŞ-dan “Hürkuş” təyyarəsini və “Anka” zərbə tipli Pilotsuz Uçuş Aparatını (PUA) satın alan Çad bu dəfə “Anka”nın təkmil versiyası olan “Aksungur”u tədarük edib.

Bir neçə ay əvvəl “Aksungur”u təhvil alan Çad zərbə PUA-sını istifadə etməyə başlayıb.

Çad Hərbi Hava Qüvvələrinin paylaşdığı videoda “Aksungur” zərbə PUA-sı 8 ədəd ROKETSAN MAM-L döyüş sursatı ilə uçarkən görüntülənib.

“Aksungur” daha öncə 12 ədəd MAM-L ilə də missiya yerinə yetirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Aksungur   PUA  


Bizi "telegram"da izləyin