“Washington Post”: Çin Tayvan üzərində uçmaq üçün WZ-8 casus PUA-larını yerləşdirib

2024/04/2024--1713858674.jpg
Oxunub: 129     23:57     23 Aprel 2024    
Çin Tayvan üzərində uçmaq üçün WZ-8 casus Pilotsuz Uçuş Aparatlarını (PUA) yerləşdirib.

Ordu.az xəbər verir ki, “Washington Post”un açıqladığı məxfi sənədlərə görə, səs sürətindən 3 dəfə daha sürətli və hava hücumundan müdafiə sistemlərinin çata bilməyəcəyi 30 kilometr yüksəklikdə uça bilən WZ-8 PUA-ları Çinin kəşfiyyat məlumat toplama imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.

“Washington Post”da dərc olunan sənədlərdə tapılan peyk görüntülərinə görə, Şanxaydan təqribən 560 kilometr aralıda yerləşən aviabazada iki qabaqcıl WZ-8 reaktiv mühərrikli kəşfiyyat PUA-sı var.

“Washington Post”un məlumatına görə, bu PUA-lar kartoqrafik məlumatları toplamaq qabiliyyətinə malikdir və raket hücumları üçün istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan   PUA   WZ-8  


Bizi "telegram"da izləyin