Erməni hərbi ekspert: “Qoşunun çıxarılması şifahi olacaq, əmr hökumət binasından gedəcək”

2024/04/1713858530.jpg
Oxunub: 183     17:31     23 Aprel 2024    
“Tavusdakı və ümumilikdə Ermənistandakı vəziyyəti partlayış təhlükəli hesab edirəm”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

O qeyd edib ki, çünki belə davam edərsə və Nikol Paşinyan ağalarının göstərişlərini yerinə yetirərsə, Ermənistan dörd tərəfdən mühasirəyə alınacaq.

Nahapetyan bildirib ki, hazırda sərhəddə dayanan erməni hərbi qulluqçular şifahi əmrə tabe olsalar və qoşunları geri çəksələr, bu onların qanunsuz əmri yerinə yetirdikləri anlamına gələcək.

Nahapetyan əlavə edib ki, qoşunun çıxarılması şifahi olacaq, əmr hökumət binasından gedəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin