“Ermənistan hakimiyyəti Rusiyanın Ermənistandakı mövcudluğunu tədricən azaldır” - Konstantin Simonov

2024/04/1713858362.jpg
Oxunub: 141     17:00     23 Aprel 2024    
“Rusiya Prezidentinin mətbuat katibi “şəxsi əlaqə” dedikdə çox güman ki, ya telefon danışığı, ya da qarşıdan gələn tədbirlər çərçivəsində üzbəüz görüşü nəzərdə tutur”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi və iqtisadi analitik Konstantin Simonov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin təşəbbüsü ilə uzun müddətdir tərəflər arasında telefon danışığı olmayıb, ona görə də istisna edilmir ki, pariteti saxlamaq məqsədilə Azərbaycan Prezidenti ilə danışıqlardan sonra Rusiya tərəfi belə bir əlaqəyə başlaya bilər, bu həm də dəvətlər üçün fürsət ola bilər.

“Lakin Rusiya tərəfinin belə bir işə təşəbbüs göstərməyəcəyi, Ermənistan tərəfindən zəng gözləməsi və ya yazılı dəvətnamə verməsi, erməni tərəfinin reaksiyasını gözləməsi istisna edilmir. Avrasiya İqtisadi Birliyinin yubiley tədbiri elə bir tədbirdir ki, Ermənistan iştirak edə bilər və Ermənistanın AİB-dən çıxmadığını nəzərə alsaq, bu, Qərbdən ciddi reaksiya almayacaq, çünki Qərbdən adekvat bonuslar ala bilməz. Lakin iştirak etmək və ya etməmək Ermənistan-Rusiya münasibətlərində yalnız bir komponentdir. Ümumiyyətlə, münasibətlər pozulub, Ermənistan hakimiyyəti Rusiyanın Ermənistandakı mövcudluğunu tədricən azaldır, onlar sərhədçiləri hava limanından çıxarıblar, indi sərhədlərə keçiblər”, - deyə Simonov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiyan   Ermənistan  


Bizi "telegram"da izləyin