“Paşinyan pis edir, bəli, Tavus sakinləri ilə birlikdə mübarizə aparacam” - Ermənistanın keçmiş Baş Qərargah rəisi

2024/04/1713856074.jpg
Oxunub: 191     16:25     23 Aprel 2024    
“Pis edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan məhkəmədən çıxarkən jurnalistlərə verdiyi açıqlamada ölkənin Baş naziri Nikol Paşinyanın Tavus sərhədlərində minatəmizləmə işləri aparılmasına göstəriş verməsi məsələsini şərh edərkən deyib.

Qasparyan “Siz Tavus sakinləri ilə birlikdə bu prosesə qarşı mübarizə aparacaqsınız?” sualına qısa cavab verib: “Bəli”.

O bu qısa cavabdan sonra avtomobilə əyləşib.

Qeyd edək ki, Onik Qasparyan aprelin 22-də Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tavus  


Bizi "telegram"da izləyin