KİV: İsrailin Rəfahdakı əməliyyatı azı 6 həftə davam edəcək

2023/11/1701320453.jpg
Oxunub: 129     18:21     22 Aprel 2024    
İsrail Rəfaha girməyə hazırlaşır, əməliyyat ən azı 6 həftə davam edəcək.

Ordu.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Misir rəsmiləri "Wall Street Journal"a bildirib.

Mənbələrin bildirdiyinə görə, İsrail mülki insanları Rəfahdan Xan Yunis və digər ərazilərə köçürməyə hazırlaşır, burada çadır sığınacaqları, qida paylama mərkəzləri və səhra xəstəxanaları kimi tibb müəssisələri qurmağı planlaşdırır.

Qeyd olunur ki, mülki əhalinin təxliyə əməliyyatı təxminən iki-üç həftə davam edəcək və ABŞ, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ərəb ölkələri ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Həmçinin bildirilib ki, İsrail öz qüvvələrini tədricən Rəfaha yerləşdirməyi, HAMAS liderləri və silahlılarının gizləndiyi ehtimal olunan əraziləri araşdırmağı planlaşdırır.

Əməliyyatın ən az altı həftə davam etməsi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Rəfah  


Bizi "telegram"da izləyin