Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb

2024/04/88dd4-1713793248.jpg
Oxunub: 120     17:20     22 Aprel 2024    
Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Sloveniya 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı alqışlayır və davamlı sülhə doğru atılan bu addıma görə hər iki tərəfi təbrik edir”, - XİN-in bəyanatında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sloveniya   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin