Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib

2024/04/Ekran-1713627298.jpg
Oxunub: 124     16:56     22 Aprel 2024    
Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib.

Ordu.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə yerli administrasiyadan məlumat verilib.

Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə işçi qruplarının görüşündə tərəflər prosesin Tavuş vilayətindən başlanması, eləcə də komissiyanın əsasnaməsi üzərində işin iyulun 1-dən yekunlaşdırılması barədə razılıq əldə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin