Britaniya parlamentinin tədqiqatçısı Çinə casusluqda ittiham olunur

2024/04/66265-1713790497.jpg
Oxunub: 149     16:47     22 Aprel 2024    
Britaniya parlamentində tədqiqatçı kimi çalışan şəxs Çinin xeyrinə casusluqda ittiham olunur.

Ordu.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Britaniya Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Mühafizəkarlar Partiyasının xarici əlaqələr komitəsinin sədri Alisiya Kirns tərəfindən tədqiqatçı kimi işə götürülən Kristofer Keş digər şəxs Kristofer Berri ilə birlikdə "xarici dövlətə - Çinə məlumat verməkdə" ittiham olunur.

İttihamları açıqlayan Prokurorluğun terrorla mübarizə şöbəsinin rəhbəri Nik Prays verdiyi açıqlamada, komandasının "bu gün Metropolitian Polisinə iki nəfəri casusluq cinayətlərində ittiham etmək səlahiyyəti verdiyini" söyləyib.

32 yaşlı Kristofer Berri və 29 yaşlı Kristofer Keş Çinə məlumat verməkdə ittiham olunurlar və aprelin 26-da onların işi ilə bağlı məhkəmə keçiriləcək.

Polisin Terrorla Mübarizə Departamentinin rəhbəri Dominik Merfi isə deyib ki, onlar “çox ciddi iddialar olan son dərəcə mürəkkəb istintaqa” nəzarət ediblər.

Keş keçən ilin martında həbs edilib və sentyabrda vəkilləri vasitəsilə verdiyi açıqlamada “tamamilə günahsız” olduğunu bildirib. Hər iki şəxs aprelin 26-da məhkəmədə çıxış etmək üçün zaminə buraxılıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çin  


Bizi "telegram"da izləyin