Vladimir Putin: "BAM-ın inşasında Heydər Əliyevin böyük rolu olub"

2024/03/1711602824.jpg
Oxunub: 190     16:43     22 Aprel 2024    
Heydər Əliyev Baykal-Amur magistral xəttinin (BAM) inşasında mühüm rol oynayıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“O, (Heydər Əliyev – red.) bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi”, - o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hələ də BAM-ı inkişaf etdirir: “Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin