Rusiya Prezidentinin köməkçisi: "Heydər Əliyev çox müdrik insan idi"

2024/04/1713786125.jpg
Oxunub: 185     15:17     22 Aprel 2024    
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev insanlarla danışmağı bacaran müdrik insan idi.

Ordu.az-ın məlumatına görə, bunu "Rossiyskaya qazeta"ya müsahibəsində ölkə Prezidentinin köməkçisi İqor Levitin deyib.

Baykal-Amur magistralında (BAM) xidmət edən və Urqaldakı hərbi komendantlığa rəhbərlik edən Levitin Rusiya nəşrinə müsahibəsində Baykal-Amur magistralının tikintisinin tarixindən və onun müasir perspektivlərindən danışıb.

O qeyd edib ki, daha sonra ölkə BAM-ın tikintisini əsas layihəyə çevirib. Magistral yol 10 il ərzində tikilib:

“1984-cü il oktyabrın 27-də bütün magistral boyu qatarların hərəkətinin rəsmi açılışı olub. BAM-ın inşası və inkişafı üzrə komissiyaya rəhbərlik edən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev mənim səlahiyyətimdə olan sahənin gümüş halqasının çəkilməsi üzrə təntənəli mərasimdə iştirak etmişdi. Heydər Əliyev insanlarla danışmağı bilirdi. O, çox müdrik insan idi. O, inşaat prosesinin son mərhələsində iştirak edib. Bütün məsələləri, o cümlədən inşaatçıların ərzaqla təmin olunması və digər sosial məsələləri həll edib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heydər-Əliyev   İqor-Levitin  


Bizi "telegram"da izləyin