Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

2023/08/1692777190.jpg
Oxunub: 172     14:38     22 Aprel 2024    
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Bu barədə Ordu.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1429.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azad-edilmiş-ərazilər   Mina  


Bizi "telegram"da izləyin