Almaniyada Çinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

2024/04/4b5b3-1713783464.jpg
Oxunub: 148     14:34     22 Aprel 2024    
Düsseldorf və Bad-Homburq Federal Kriminal Polis İdarəsinin əməkdaşları Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 3 Almaniya vətəndaşını saxlayıblar.

Ordu.az RBC-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Herviq F., İna F. və Tomas R. 17 aprel 2024-cü il tarixli məhkəmə orderi əsasında saxlanılıb. Onların evlərində və iş yerlərində axtarışlar aparılıb.

“Saxlanılan şəxslər naməlum müddətdən 2022-ci ilin iyununa qədər Çin kəşfiyyatına işləməkdə şübhəli bilinirlər”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Çin  


Bizi "telegram"da izləyin