Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

2024/04/1713782079.jpg
Oxunub: 128     14:20     22 Aprel 2024    
Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

Ordu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Azərbaycan  


Bizi "telegram"da izləyin