Ermənistanın keçmiş Baş Qərargah rəisi məhkəməyə çağırılıb

2022/05/image-1653893158.jpg
Oxunub: 174     13:51     22 Aprel 2024    
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan itkin düşən erməni hərbi qulluqçuların işi üzrə şahid qismində məhkəməyə çağırılıb.

Ordu.az-ın “news.am”a istinadən xəbərinə görə, jurnalistlər məhkəmə binasına buraxılmır.

Onik Qasparyan istintaq zamanı da dindirildiyi üçün məhkəmə işinə də cəlb olunub.

Qeyd edək ki, bu iş üzrə müttəhimlər arasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini Andranik Makaryan və digər vəzifəli şəxslər var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Onik-Qasparyan   Ermənistan  


Bizi "telegram"da izləyin