Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə daha bir işçi qrupu yaradılıb

2024/04/1713778285.jpg
Oxunub: 175     13:25     22 Aprel 2024    
Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası üzrə Komissiyanın tərkibində daha bir işçi qrupu yaradılıb.

Ordu.az-ın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qrupun tərkibinə Ermənistanın Müdafiə Nazirliyi, Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, eləcə də Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.

İşçi qrupunun fəaliyyətini koordinasiya etmək vəzifəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana tapşırılıb.

Qrup sərhəd xəttinin Baqanis (Ermənistan) – Bağanis-Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) – Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) – Qızıl Hacılı (Azərbaycancan) hissələrində koordinatların dəqiqləşdirilməsi ilə məşğul olacaq.

İşçi qrupunun fəaliyyətinə eyni zamanda, ərazinin geodezik ölçülməsi və müvafiq protokol-layihənin tərtib olunaraq Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Birgə Komissiyaya təqdim edilməsi də daxildir.

Qeyd edək ki, Ermənistan Respublikası Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya" yanında işçi qrupu yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Delimitasiya  


Bizi "telegram"da izləyin