Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək

2024/04/1713777758.jpg
Oxunub: 148     13:20     22 Aprel 2024    
Latviya Ukrayna ilə bağlı “hava hücumundan müdafiə koalisiyasında” iştirak edəcək.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds Aİ ölkələrinin Xarici İşlər və Müdafiə Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Latviya Kiyev üçün silah almaqdan ötrü yaradılan “pilotsuz uçuş aparatları koalisiyasının” və “mərmilər koalisiyasının” fəal iştirakçısıdır:

“Patriot” sistemləri olan və olmayan ölkələr var. Əgər söhbət hava hücumundan müdafiə sistemlərindən gedirsə, o zaman Latviya da hava hücumundan müdafiə vasitələri ilə öz töhfəsini verəcək. Bizdə qısamənzilli hava hücumundan müdafiə sistemləri var”.

O, həmçinin deyib ki, 2023-cü ildə 4 mindən çox ukraynalı hərbçi Latviyada təlim keçib, analoji təlimlər 2024-cü ildə də davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ukrayna  


Bizi "telegram"da izləyin