Fərid Şəfiyev: "Azərbaycan Çinlə iqtisadi və siyasi platformada dialoq aparmalıdır"

2022/12/O6fur-1671120271.jpg
Oxunub: 162     12:16     22 Aprel 2024    
Dünya miqyasında Çinin həm iqtisadi, həm siyasi nüfuzu artır. Azərbaycan Çinlə hər iki platformada dialoq aparmalıdır.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

"Biz dövlət qurumu deyilik, amma onlar üçün müəyyən müzakirə nöqtələri müəyyən edirik. Ona görə də bu gün Çindən bir sıra elmi nümayəndələr dəvət etmişik. Çinlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi vacib məsələ var ki, biz bunu da müzakirə etməliyik. Burada Şanxay Əməkdaşlıq Təşkilatından söhbət gedir. Bizim üçün "Mərkəzi Asiya 5" platforması da mühüm əhəmiyyət daşıyır",- o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çin  


Bizi "telegram"da izləyin