Yerusəlimdə avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb

2024/04/1713773378.jpg
Oxunub: 109     12:07     22 Aprel 2024    
Bu gün səhər saatlarında Yerusəlimdə (Qüdsdə) avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb.

Ordu.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

"Bu gün səhər saat 08:00 radələrində Qüdsün Techelet Mordechai küçəsində avtomobil qəzası və üç piyadanın xəsarət alması ilə bağlı məlumat daxil olub. Piyadalar yüngül xəsarətlər alıblar. Lakin avtomobildən çıxan silahlı terrorçular cəhdlərinə baxmayaraq, silahları ilə zərər verə bilməyib və odlu silahlarını yerə ataraq hadisə yerindən qaçıblar", polisin yaydığı məlumatda bildirilib.

Polisin axtarşıları nəticəsində qısa müddət sonra hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerusəlim   Terror  


Bizi "telegram"da izləyin