Dünyanın aparıcı müdafiə və aviasiya şirkətləri ilin birinci rübündə nə əldə edib?

2024/04/2024--1713772845.jpg
Oxunub: 172     16:01     22 Aprel 2024    
Dünyanın aparıcı müdafiə və aviasiya şirkətləri ilin birinci rübündə fond bazarlarında qazanc əldə edərək, investorlarına fayda verib.

Ordu.az xəbər verir ki, dünyanın aparıcı müdafiə və aviasiya şirkətlərinin səhmləri bu ilin yanvar-mart dövründə uğurlu performans nümayiş etdirib.

Əldə edilən razılaşmalar, qazanılan tenderlər, yaxşı balans hesabatları və satınalmalar müdafiə və aviasiya şirkətlərinin səhmləri üçün dəstəkləyici amillər olub.

İlin birinci rübündə ABŞ-nin “RTX Corporation” şirkəti investorlar üçün 97,5 faiz, Almaniyanın “Rheinmetall AG” şirkəti 81,5 faiz, Yaponiyanın “Mitsubishi Heavy” şikəti 73,3 faiz, Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti isə 64,3 faiz gəlir əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   RTX-Corporation  


Bizi "telegram"da izləyin