Osmanlı İmperatorluğunun ikinci ən yüksək ordeni: “Osmaniyə” ordeni (VİDEO)

2024/04/2024--1713771679.jpg
Oxunub: 173     15:00     22 Aprel 2024    
Türkiyə Milli Müdafiə Nazirliyi Osmanlı İmperatorluğunun ikinci ən yüksək ordeni olan “Osmaniyə” ordeni (“Nişan-ı Osmanî Şemsesi”) ilə bağlı video yayımlayıb.

Ordu.az xəbər verir ki, yayımlanan videoda ordenin təfərrüatları yer alıb.

“Harbiye” Hərbi Muzeyinin əsərlərindən olan “Osmaniyə” ordeni 1862-ci ildə Sultan Əbdüləziz tərəfindən yaradılıb.

Brilyant qaşlarla bəzədilmiş səkkizguşəli ulduz formasına malik ordenin kənarlarında yaşıl zolaq, ortasında isə qırmızı rəngdə olan hissə var.

Türkiyə Milli Müdafiə Nazirliyi orden haqqında daha çox məlumat almaq və yaxından görmək istəyənləri “Harbiye” Hərbi Muzeyinə dəvət edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Osmanlı-İmperatorluğu   Osmaniyə  


Bizi "telegram"da izləyin