ABŞ qabaqcıl REM-ə məxsus F-15E “Strike Eagle”ləri parkına əlavə edir

2024/04/2024--1713771437.jpg
Oxunub: 147     14:12     22 Aprel 2024    
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 1986-cı ildən etibarən istehsal etdiyi və hələ də dünyanın ən yaxşı qırıcı-bombardmançı təyyarələrindən biri kimi qəbul edilən F-15E “Strike Eagle”ın qabaqcıl Radioelektron Mübarizə (REM) sisteminə sahib modifikasiya edilmiş modelini yayın əvvəlində parkına əlavə edəcəyi bildirilib.

Ordu.az xəbər verir ki, ABŞ HHQ-nin sözçüsü mayor Alli Stormer verdiyi açıqlamada “Boeing” tərəfindən istehsal edilən 8 F-15E-nin “Eagle” Passiv-Aktiv Xəbərdarlıq Sağ Qalma Sistemi (EPAWSS)” kimi tanınan qabacıl REM sistemi ilə modifikasiya edildiyini qeyd edib.

Bundan əlavə, mayor Stormer vurğulayıb ki, “Boeing” tərəfindən istehsal olunan F-15EX “Eagle II” döyüş təyyarələri EPAWSS avadanlığı ilə istehsal olunacaq.

O, sistemin daha sonra əlavə ediləcəyi F-15E “Strike”lərin bu yeniləmələrin sıx münaqişəli mühitlərdə təhdidləri izləməsinə, siqnalları qarışdırmasına və aldatmasına imkan verəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   REM   F-15E   Strike-Eagle  


Bizi "telegram"da izləyin