Erməni ekspert: “Paşinyan mütləq gedəcək, amma Ermənistanı cəhənnəmə çevirdiyi anda getmək istədiyini də istisna etmirəm”

2024/04/1713771205.jpg
Oxunub: 202     16:47     22 Aprel 2024    
“Ötən gündən müzakirə edirik ki, hansı kağız nəşr olundu, bu düşüncə nə deməkdir?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr qrupu”nun üzvü, erməni ekspert Vahe Hovhannisyan deyib.

Onun sözlərinə görə, Paşinyan bir gün əvvəl Tavusun kəndlərinə gedib, əslində insanları aldadıb, müxtəlif yerlərdə müxtəlif sözlər deyib və sadə insanları çaşdırıb.

“Tarixi imzanı öz üzərinə götürən Mher Qriqoryan ayrı bir mövzudur. İndi də onun üçün ciddi suallar formalaşır. Totalitar təriqətlərdə lider (təbliğçi) və ardıcıllar adətən fərqli maraqlara, fikirlərə və perspektivlərə malikdirlər. Bir nəfər (Paşinyan-red.) mütləq gedəcək, amma Ermənistanı cəhənnəmə çevirdiyi anda getmək istədiyini də istisna etmirəm”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin