Erməni siyasi xadim: “Qeyri-milli dövlət baxışı həyat qabiliyyətli deyil, Ermənistanın qarşısında çox ciddi problemlər var”

2024/04/1713771134.jpg
Oxunub: 134     15:58     22 Aprel 2024    
“Bizim anklav dövlət olub-olmamağımız bir sıra məsələlərdən asılıdır, hansı hadisələrin baş verəcəyini anlamaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin keçmiş müavini, Ermənistanın Amerika Universitetinin Biznes və İqtisadiyyat Kollecinin dekanı Vaçe Qabrielyan deyib.

Onun sözlərinə görə, söhbət qaz kəməridən, yoldan və dəmir yolu kommunikasiyalarından gedir.

“Bu problemlər yalnız anklavlara aid olduqda yarana bilər. Hazırda xərc məsələsi qaz kəməridir. Hələ ki, baş verən proseslərdə aydınlıq yoxdur, ona görə də qiymətləndirmə vermək çətindir. Sərhədlərin dəyişdirilməsindən konkret hansı problemlərin yarana biləcəyi hələ aydın deyil”, - deyə Qabrielyan qeyd edib.

Qabrielyan bildirib ki, qeyri-milli dövlət baxışı həyat qabiliyyətli deyil, Ermənistanın qarşısında çox ciddi problemlər var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Amerika   Problem  


Bizi "telegram"da izləyin