Deputat: "Çin Azərbaycanın müstəqilliyini bütün platformalarda dəstəkləyib"

2024/04/17031-1713770290.jpg
Oxunub: 140     11:15     22 Aprel 2024    
Çin Azərbaycanın müstəqilliyi ilə bağlı həmişə vahid mövqe nümayiş etdirib, Azərbaycanın müstəqilliyini bütün platformalarda dəstəkləyib.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov “Azərbaycan-Çin Münasibətlərinin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda keçirilən tədbirdə deyib.

“Regionda baş verən proseslər göstərir ki, Orta Dəhliz bir sıra dövlətlərin, o cümlədən Çinin böyük diqqətini çəkib. 2020-ci ildən bəri bu koridor vasitəsilə 2 milyon tondan çox yük daşınıb. Bizim gələcəklə bağlı optimist proqnozlarımız var. Çinlə mədəni əlaqələrimiz də yüksək səviyyədədir. Bu gün Heydər Əliyev Fondu da Azərbaycanla Çin arasında münasibətlərin dərinləşməsinə böyük töhfə verir”.

Deputat vurğulayıb ki, bu il COP29-a ev sahibliyi edəcək olan Azərbaycan Çinin bərpaolunan enerji sahəsindəki təcrübəsindən istifadə edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Azərbaycan  


Bizi "telegram"da izləyin