Erməni deputat: “Demarkasiya aparılmış dövlət sərhədinin olmadığı indiki vəziyyətdə müharibə təhlükəsi altındayıq”

2024/04/1713768786.jpg
Oxunub: 224     15:39     22 Aprel 2024    
“2022-ci il oktaybrın 6-da Praqada Azərbaycan və Ermənistanın yazılı şəkildə razılığa gəlməsi bizim üçün çox vacib nailiyyət idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hasmik Hakopyan öz “Facebook” səhifəsində yazıb.

“Razılaşma bundan ibarət idi ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar və Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsası olacaq. Media manipulyasiyasının “qurbanı” olan vətəndaşlarımızı arxayın edirlər ki, “Tavusdan kəndləri təhvil verirlər”. Düzdür, biz bu yalan tezisi bütün mümkün vasitələrlə və hallarda inkar edirik, lakin bir daha demək istəyirəm ki, Ermənistanın suveren ərazisinin bir kvadratı belə təhvil veriləməyəcək, əksinə, yuxarıda qeyd olunan bəyannamə əsasında Ermənistan və Azərbaycan ilk dəfə demarkasiya aparılmış dövlət sərhədinə sahib olacaq. Demarkasiya aparılmış dövlət sərhədinin olmadığı indiki vəziyyətdə biz faktiki olaraq müharibə təhlükəsi altındayıq. İndi görəcəyik ki, kimlər sərhədin demarkasiyasına qarşıdır, beləliklə kimlər Ermənistanı müharibəyə cəlb etməyə çalışır”, - deyə Hakopyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament   Azərbaycan  


Bizi "telegram"da izləyin