“Stratfor”: Rusiyanın Qafqazla bağlı əvvəlki strategiyası tamamilə iflasa uğradı

2024/04/1713768648.jpg
Oxunub: 238     14:58     22 Aprel 2024    
“Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını Ermənistana təzyiq üçün heç bir maneənin, o cümlədən hərbi təzyiqin olmaması kimi qəbul edir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin “Stratfor” (RANE) kəşfiyyat və təhlil mərkəzinin analitiki Metyu Orr deyib.

“Bəs Rusiya niyə razılaşmalı oldu? Birinci səbəb resurslara aiddir. Bəli, bunlar kiçik hərbi resurslardır, lakin hələ də başqa yerlərdə, o cümlədən şimalda və Ukrayna cəbhəsində lazımdır. Rusiya üçün ikinci, daha vacib səbəb Cənubi Qafqazda yeni strategiya çərçivəsində azərbaycanlılara nə qədər güvəndiyini, onların münasibətlərinin nə qədər sıx olduğunu mümkün qədər nümayiş etdirməyə hazır olduğunu göstərməkdir. Bu, Rusiyanın Ermənistana siqnalı idi. 2020-ci il sənədi həyata keçirilməyəndən sonra Rusiyanın əvvəlki strategiyası tamamilə iflasa uğradı. Bundan sonra Moskva Cənubi Qafqazda bütünlüklə Azərbaycan və Türkiyə ilə sıx münasibətlərə əsaslanan strategiyasını tamamilə dəyişmək məcburiyyətində qaldı”, - deyə ekspert qeyd edib.

Orr bildirib ki, ermənilərin kütləvi şəkildə Qarabağa qayıtmağa başlaması istiqamətində böyük hərəkət görmür, ona görə də bu məsələ praktiki olaraq bağlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qafqaz   Strategiya  


Bizi "telegram"da izləyin