“Stratfor” analitiki: “Ermənistan Rusiya ilə münasibətləri dərhal yox, mərhələli şəkildə pozacaq”

2024/04/1713768507.jpg
Oxunub: 155     14:32     22 Aprel 2024    
“Ermənistan Rusiya ilə münasibətləri dərhal yox, mərhələli şəkildə pozacaq: hadisələr bu istiqamətdə inkişaf edir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin “Stratfor” (RANE) kəşfiyyat və təhlil mərkəzinin analitiki Metyu Orr deyib.

Onun sözlərinə görə, aydındır ki, Ermənistanın Qərbin bir hissəsinə çevrilməsi variantı real deyil, ona görə də çox rəvan, mərhələli prosesə üstünlük verilir.

“İstənilən halda Ermənistan Rusiya ilə iqtisadi və digər əlaqələri Azərbaycan və Gürcüstan kimi davam etdirəcək”, - deyə Orr qeyd edib.

Analitik vurğulayıb ki, Ermənistanın yaxın gələcəkdə KTMT-dən çıxması üçün hələ heç bir ilkin şərt yoxdur, xüsusən də bu il hadisələrin arzuolunmaz ssenaridə inkişaf edəcəyi təqdirdə bu variant Ermənistan rəhbərliyi üçün ehtiyat variant kimi saxlanılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin