“Ermənistan tələbləri yerinə yetirməsə, hərbi toqquşmaların baş vermə ehtimalı artacaq” - Metyu Orr

2024/04/2024--1713768360.jpg
Oxunub: 204     14:09     22 Aprel 2024    
ABŞ-nin “Stratfor” (RANE) kəşfiyyat-analitik mərkəzinin analitikləri yanvarın ilk günlərində dərc edilən builki proqnozda sərhədin demarkasiyası və ölkənin cənubunda dəhliz yaradılması məsələlərində Ermənistanın Azərbaycanın tələblərini təmin edəcəyini mümkün hesab ediblər.

Ordu.az-ın xəbərinə görə, mərkəzin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr qeyd edib ki, Ermənistan bu tələbləri yerinə yetirməsə, sərhəddə vəziyyət gərginləşəcək, hərbi toqquşmaların baş vermə ehtimalı artacaq.

“Belə bir nəticəyə gəlmişik, çünki Ermənistan bu tələbləri yerinə yetirməsə, sərhəddə vəziyyət gərginləşəcək, hərbi toqquşmaların baş vermə ehtimalı artacaq. Fikrimcə, bu vəziyyət uzun müddət davam edərsə, bunun Ermənistan üçün çox faydalı olacağı ehtimalı azdır. Ona görə də belə qənaətə gəldik ki, bu, ən çox ehtimal olunan ssenaridir. Bəli, zaman keçdikcə və Ermənistan üçün kifayət qədər baha qiymətə olsa da, lakin böyük ehtimalla hadisələr məhz belə inkişaf edəcək. Azərbaycan dəfələrlə nümayiş etdirib ki, bu cür əməliyyatları yayın sonu və ya payızın əvvəlində keçirməyə üstünlük verir. Bu bir nümunədir. Yəqin ki, bu il Azərbaycan ən azından oxşar ssenari ilə hədələməyə çalışacaq”, - deyə analitik bildirib.

Orr vurğulayıb ki, həm ermənilərin, həm də gürcülərin Ankara ilə əlaqələrə malik olması Türkiyəyə lazımdır.

“Stratfor” Azərbaycanın müdaxilə etməyə məcbur ola biləcəyini və Zəngəzurda mühüm əraziləri nəzarət altına ala biləcəyini proqnozlaşdırıb.

Mərkəzin analitikinin fikrincə, hazırda bunun ehtimalı o qədər də böyük deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin