“Stratfor” analitiki: “Qərbdə Türkiyənin türk dünyasının yaradılmasına önəm verdiyini normal qəbul edirlər”

2024/04/1713768271.jpg
Oxunub: 273     13:21     22 Aprel 2024    
“Fikrimcə, Ərdoğan və partiyasını əmin etmək olar ki, Ermənistanla münasibətlərin tənzimlənməsi Türkiyə üçün zəruridir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin “Stratfor” (RANE) kəşfiyyat və təhlil mərkəzinin analitiki Metyu Orr deyib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu, Türkiyə üçün faydalı olacaq, bütün Cənubi Qafqazı Türkiyə və Qərbin daha böyük təsiri üçün Ankaranın qarşısında açacaq, Ankaraya maliyyə faydası gətirəcək.

Orr qeyd edib ki, Türkiyədə siyasi dəyişikliklər olarsa, bu məsələ aktuallaşacaq.

“Müxalifət partiyalarının erməni məsələsində bir qədər təmkinli mövqeyi var. Ona görə də bu məsələ 2028-ci ilə qədər, yəni Ərdoğanın prezidentlik müddəti başa çatana qədər aktual olacaq”, - deyə o vurğulayıb.

Analitik bildirib ki, Qərbdə Türkiyənin türk dünyasının yaradılmasına önəm verdiyini normal qəbul edirlər.

“Əgər alternativ Rusiya, Çin və İranın Mərkəzi Asiya və Cənubi Qafqaza böyük təsirdirsə, o zaman Türkiyə ilə Qərbin maraqları üst-üstə düşə bilər. Mərkəzi Asiya üçün bu, ən kəskin məsələlərdən biridir, çünki Türkiyə və Qərb olmasa, digər alternativ onların suverenliklərinin azaldılması, Çin və Rusiyadan daha çox asılılığıdır ki, bu da bu ölkələrin əhalisi və rəhbərliyinə sərfəli olmayacaq. Ona görə də türk dünyasına dəstək onlar üçün həyati bir məsələdir”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin