“Rusiya bazası uzunmüddətli perspektivdə Qərblə Ermənistan arasında proseslərə mane ola bilər” - Metyu Orr

2024/04/2024--1713767569.jpg
Oxunub: 176     12:46     22 Aprel 2024    
“Qərb Rusiya ilə münasibətlərin kəsilməsini və ya ölkədəki hərbi mövcudluğunun aradan qaldırılmasını Ermənistan üçün aktual problem hesab etmir, lakin Rusiya bazası uzunmüddətli perspektivdə Qərblə Ermənistan arasında proseslərə mane ola bilər”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin “Stratfor” (RANE) kəşfiyyat və təhlil mərkəzinin analitiki Metyu Orr deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistan ərazisində Rusiyanın hərbi bazası olarsa, hazırda Gürcüstana təqdim etdiyi şərtləri Ermənistana verməyəcək.

“Hələlik söhbət kiçik layihələrdən gedir və Qərb liderləri işlərin necə inkişaf edəcəyini görərək, təməlin qoyulmasına diqqət yetiriblər. Əgər 2-3 ildən sonra vəziyyət dəyişsə, o cümlədən Azərbaycanla sülh danışıqlarında dəyişiklik olsa, o zaman bu məsələ aktuallaşacaq. Eyni zamanda, hesab etmirəm ki, ABŞ Ermənistanla bağlı götürdüyü öhdəliklərin və sazişlərin Gürcüstanla razılaşmalara güzəştə getməsi üçün hər hansı bir səbəb görür”, - deyə Orr qeyd edib.

Analitik əmin edib ki, Cənubi Qafqazda ən böyük oyunçu olmaq istəyi və imkanı Qərb üçün ən vacib məsələ deyil.

Orr bildirib ki, Ermənistan rəhbərliyinin hazırkı planı (“Sülh kəsişməsi”-red.) çox vacibdir və Qərbdə təbliğ edilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Rusiya   Gürcüstan  


Bizi "telegram"da izləyin