Gürz Hava Hücumundan Müdafiə Sisteminin xüsusiyyətləri nələrdir? – ARAŞDIRMA (FOTOLAR)

2024/04/2024--1713771849.jpg
Oxunub: 979     11:25     22 Aprel 2024    
ASELSAN tərəfindən hazırlanan "Gürz" çox alçaq və alçaq hündürlükdə olan hava təhdidlərinə qarşı təsirli müdafiə təmin edən hava və raketdən müdafiə sistemi kimi önə çıxır. Türkiyənin təbəqəli Hava Hücumundan Müdafiəsini (HHM) yerli və milli vasitələrlə təmin etmək hədəfi çərçivəsində işlər həyata keçirən ASELSAN bu sistemi təhlükəsizlik qüvvələrinin inventarına təqdim etməyə hazırlaşır.


"Gürz" zirehli 8×8 rezin təkərli bir platformada yerləşir. Bu xüsusiyyət sayəsində sahə şəraitində çevik müdafiə təmin edə və strateji ərazilərdə sürətlə yerləşdirilə bilir. Sistem xüsusilə aşağı hündürlükdə hava hədəflərinə qarşı effektiv müdafiə təmin edir. Bu hədəflərə təyyarələr, helikopterlər, Pilotsuz Uçuş Aparatları (PUA) və qanadlı raketlər daxildir. Sistem hədəfləri yüksək dəqiqliklə aşkar etmək və izləmək qabiliyyətinə malikdir.


Sistemin ən mühüm xüsusiyyətlərindən biri həm sabit obyektləri, həm də konvoyları hava təhlükələrindən qoruya bilməsidir. "Gürz" üstün hədəf aşkarlama, identifikasiya və izləmə imkanları ilə seçilərkən, qabaqlayıcı dəsti və qabaqcıl təhlükə qiymətləndirmə sistemləri sayəsində sərfəli şəkildə yüksək məhvetmə gücü təklif edir.


"Gürz" Hava və Raket Hücumundan Müdafiə Sistemi 35 millimetrlik HHM Topu (Qəlpəli Sursat Ailəsi ATOM, HEI, TP), 4 ədəd çox alçaq və alçaq hündürlükdə HHM raketləri ("Sungur", "Hisar", "Bozdoğan" və "Gökdoğan"), AESA radarları, atəşə nəzarət radarı, elektro -optik sensorlar, "Gökberk" Lazer Silahı, "Kangal Jammer" və məlumat bağlantısı kimi bir çox komponentdən ibarətdir. "Gürz" bu xüsusiyyətləri ilə Türkiyənin hava və raketdən müdafiə qabiliyyətinə əhəmiyyətli töhfələr verəcək kimi görünür.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Gürz  


Bizi "telegram"da izləyin