Ukrayna ordusu Türkiyənin HATSAN şirkətinin “PUA ovçusu” tüfəngindən istifadə etməyə başlayıb

2024/04/2024--1713764638.jpg
Oxunub: 928     20:11     22 Aprel 2024    
Ukrayna ordusu Türkiyənin HATSAN şirkətinin istehsalı olan BTS-12 ov tüfənglərindən Rusiyanın Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı istifadə etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə HATSAN-ın baş direktoru Bahtiyar Taşyağan bildirib.

O, verdiyi açıqlamada iki ay əvvəl Ukrayna ordusundan gələn 10 min ədəd sifarişin 4 mininin təhvil verildiyini vurğulayıb.

Qalan 6 min ədədin isə tədarük tarixində göndəriləcəyini bildirən Taşyağan tüfəngin Ukraynada şəxsən sınaqdan keçirildiyini və əldə edilən müsbət nəticələr nəticəsində onlardan tələb olunduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə   HATSAN  


Bizi "telegram"da izləyin