Belçika HDQ-də böhran: “Louise-Marie” freqatı sınaqlardan keçə bilmədi, Qırmızı dənizə gedə bilməyəcək

2024/04/2024--1713764190.jpg
Oxunub: 158     17:51     22 Aprel 2024    
Belçika Müdafiə Nazirliyi təlim zamanı bir sıra texniki sınaqlardan keçə bilmədiyi üçün “Louise-Marie” freqatının Qırmızı dənizə göndərilməsini “qeyri-müəyyən müddətə” təxirə saldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirlik əməliyyat təhlükəsizliyini əsas gətirərək, təfərrüatları açıqlamaqdan imtina edib.

İddialara görə, gəmidəki RIM-7 “Sea Sparrow” Hava Hücumundan Müdafiə (HHM) raketi simulyasiya edilmiş Pilotsuz Uçuş Aparatı (PUA) hücumu zamanı buraxıla bilməyib, buraxılış borusunda ilişib qalıb və digər müdafiə sistemləri də təlimdə PUA-nı vura bilməyib.

Qeyd edək ki, “Louise-Marie” 16 HHM raket buraxılış elementləri, həmçinin “Oto Melara” 76 mm-lik topu, “Goalkeeper” yaxın məsafəli silah sistemi və pulemyotlarla təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   HDQ  


Bizi "telegram"da izləyin