Tbilisidə məktəblərdə terror aktlarının planlaşdırılması ilə bağlı məlumat yayılıb

2024/04/1713762826.jpg
Oxunub: 117     09:11     22 Aprel 2024    
Gürcüstanın paytaxtı Tbilisidə məktəblərdə terror aktları planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə yerli teleqram kanallarında məlumat yayılıb.

Məlumatla əlaqədar Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

Yayılan xəbərlərdə 10 məktəbdə qətliamın baş verəcəyi proqnozlaşdırılıb.

"Imedi" telekanalı bildirib ki, siyahısı dərc edilən məktəblərin hər birində rus sektoru var.

Xatırladaq ki, 10 gün əvvəl İrəvanda da bir sıra məktəb və ticarət mərkəzlərində terror aktlarının olacağı məlumatı yayılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Terror  


Bizi "telegram"da izləyin