İsrail Rəfah şəhərinə hava zərbəsi endirib, 24 fələstinli həlak olub

2023/11/1701320453.jpg
Oxunub: 169     04:56     22 Aprel 2024    
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki əraziyə raket zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Hava hücumu nəticəsində iki yaşayış binası dağıdılıb.

Hadisədə 16-sı qadın və 6-sı uşaq olmaqla 24 nəfər həlak olub.

Xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bundan əvvəl İsrail qırıcıları Fələstin anklavının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirib. Yeddi mülki şəxs bu hava hücumunun qurbanı oldu.

Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında cəmi 24 saat ərzində bombardman və top atəşləri nəticəsində 48 nəfər həlak olub, daha 79 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəfah   İsrail  


Bizi "telegram"da izləyin