Maldiv adalarında keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

2024/04/6625a-1713761282.jpg
Oxunub: 125     04:16     22 Aprel 2024    
Maldiv adalarında parlament seçkiləri ilkin nəticələri açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Maldiv Seçki Komissiyasıməlumat yayıb.

Hazırda prezident Məhəmməd Muizzunun Xalq Milli Konqresinin partiyası liderlik edir.

Ümumilikdə 93 yer uğrunda mübarizənin 86-sı müəyyənləşib.

Konqres 86 mandatdan 66-nı qazansa da qalan 7 yerin nəticələrini gözləmədən qələbəni bayram ediblər.

Parlamentdə hazırda çoxluğa sahib olan Maldiv Demokratik Partiyası (MDP) cəmi 10 yer qazana bilib.

Əhalisi 500 mindən çox olan Maldiv adalarında 280 mindən çox seçici səsvermədə iştirak edib.

Keçən ilin sentyabrında prezident seçilən və çinyönlü siyasət yürüdən Muizzu üçün parlament seçkiləri vacib sayılır.

Parlamentdə Hindistanyönlü MDP-nin üstünlük təşkil etməsi prezident üçün böyük maneə yaradır.

6 aprel 2019-cu il parlament seçkilərində MDP 65 mandat qazanaraq birinci olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maldiv   Seçki  


Bizi "telegram"da izləyin