Yens Stoltenberq: "ABŞ və NATO hələ də Ukraynaya yeni silah tədarükü ilə bağlı gecikməyib"

2024/04/660ee-1712253254.jpg
Oxunub: 130     02:17     22 Aprel 2024    
“ABŞ və NATO hələ də Ukraynaya yeni silah tədarükü ilə bağlı gecikməyib, lakin bu gecikmə real nəticələrə səbəb olub”.

Ordu.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu fikri “MSNBC” telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə yeni hərbi yardımı təsdiqləməsini şərh edərkən bildirib.

“Rusiyanın aylardır daha çox döyüş sursatı var, ukraynalıların cəbhə xəttinin hissəsindən asılı olaraq 1-dən 5-ə və hətta 1-dən 10-a nisbətində artilleriya mərmiləri çatışmazlığı var. Biz görürük ki, hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən getdikcə daha az Rusiya raketləri və PUA-ları vurulur”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   ABŞ   NATO  


Bizi "telegram"da izləyin