Ermənistan-İran avtomobil yolu bağlanıb

2024/04/1713726024.jpg
Oxunub: 184     22:11     21 Aprel 2024    
Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyindən sel keçib və torpaq sürşməsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsindən məlumat verilib.

Nəticədə Ltsen-Tatev yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin