İsrail cənub istiqamətində əməliyyatları davam etdirəcək

2024/04/1713510105.jpg
Oxunub: 154     22:55     21 Aprel 2024    
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi əməliyyatların cənub istiqamətində davam etdirilməsi planlarını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Halevi vəziyyəti dəyərləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək üçün Cənub Komandanlığının qərargahında iclas keçirib.

İclasda Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.

Ordu bu görüşün nəticələri ilə bağlı başqa təfərrüatları açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin