Almaniya 5 milyard avrodan çox silah ixracını təsdiqləyir

2024/03/1711515101.jpg
Oxunub: 184     19:11     21 Aprel 2024    
Bu ilin birinci rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Almaniya İqtisadiyyat Nazirliyi yayıb.

Bu məlumatlara görə, Almaniyanın silah ixracı 2023-cü ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq 2,4 milyard avro təşkil edib.

Qeyd olunur ki, Almaniyanın 2024-cü ilin birinci rübündə 3,8 milyard avroluq ixracatının 74%-i Ukraynaya gedir. 2023-cü ildə Almaniya 12,2 milyard avro dəyərində silah ixracına icazə verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Silah  


Bizi "telegram"da izləyin