Fransada şəhər meri nasist salamı verib

2024/04/1713718346.jpg
Oxunub: 225     19:51     21 Aprel 2024    
Fransanın Vilnöv-Sen-Jorj şəhərinin meri Filip Qoden şəhər şurasının iclası zamanı nasist salamından istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, şuranın iclası zamanı Qoden nasist salamı jestini edib, eyni zamanda nasist salamı verib. Daha sonra mer etdiyi hərəkətə görə üzr istəyib.

“Mən səhv davrandığımı etiraf edirəm, buna görə üzr istəyirəm”.

Buna baxmayaraq merin rəqibləri onu istefaya məcbur etmək niyyətindədirlər. Hətta Filip Qodenin maliyyə məsələləri üzrə müavini Emmanuel Ququnyan-Zadiq ona qarşı çıxıb:

“Biz hər şeyi öz adı ilə çağırmalıyıq: bu, antisemit hərəkət idi. Biz daha öz əməlinin ciddiliyini anlamayan bələdiyyə sədri ilə təmsil olunmaq istəmirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Nasizm  


Bizi "telegram"da izləyin