NYT: Ukrayna qanun layihəsi imzalandıqdan sonra bir neçə gün ərzində silah alacaq

2024/04/1712121908.jpg
Oxunub: 224     19:39     21 Aprel 2024    
Birləşmiş Ştatlar prezidenti Co Bayden müvafiq qanun layihəsini imzaladıqdan sonra bir neçə gün ərzində Birləşmiş Ştatlar Ukraynaya yeni silah tədarükünə başlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

"Bizim çox güclü logistika şəbəkəmiz var ki, bu da bizə vəsaitləri çox sürətlə köçürməyə imkan verir. Biz onları bir neçə günə çatdıra bilərik" - nəşr bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderə istinadən məlumat yayıb.

Eyni zamanda, hərbçi yardım paketinin dəqiq tərkibini açıqlamaqdan imtina edərək əlavə edib ki, yəqin ki, burada hava hücumundan müdafiə sistemləri və artilleriya sursatlarına diqqət yetiriləcək.

Aprelin 20-də Konqresin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri təsdiqlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin