Myanmada toqquşmalar səbəbindən 3 minə yaxın sakin Tailanda köçüb

2022/10/1666635529.jpg
Oxunub: 149     17:08     21 Aprel 2024    
Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib.

Ordu.az xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib.

“Hazırda Myanmadan olan 3 minə yaxın qaçqın Tailanda köçüb, onların hamısı Daxili İşlər Nazirliyinin əməkdaşlarının himayəsindədir”, - nazir bildirib.

Qeyd edək ki, döyüşlər Myanmanın Tailandla sərhəd Myavadi şəhəri ərazisində gedir.

Pittanukonun sözlərinə görə, Tailand münaqişə tərəfləri arasında danışıqlar prosesində vasitəçi olmağa hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Tailand  


Bizi "telegram"da izləyin