Norveç XİN: Azərbaycan-Ermənistan münasibətlərində regiona fayda verəcək sürətli irəliləyişləri gözləyirik

2024/04/cc55a-1713704684.jpg
Oxunub: 125     16:31     21 Aprel 2024    
Norveç Azərbaycan-Ermənistan münasibətlərində regiona fayda verəcək sürətli irəliləyişləri gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterssonun "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”, - paylaşımda qeyd edilir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin