İran Prezidenti Pakistana səfər edəcək

2023/06/1686548259.jpg
Oxunub: 157     15:36     21 Aprel 2024    
İran Prezidenti İbrahim Rəisi aprelin 22-24-də Pakistanda rəsmi səfərdə olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Rəisini xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, biznes nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində İran Prezidenti pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.

Görüşlər zamanı İran-Pakistan əlaqələrinin möhkəmləndirilməsi, ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq. Tərəflər regional və dünyada baş verən hadisələri, həmçinin terrorizm təhlükəsi ilə mübarizədə ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin